Birja

Gümüşdə bahalaşma sürətlənib

Beynəlxalq bazarlarda qiymətli metallar, xüsusilə gümüş — son günlər güclü yüksəliş tendensiyası göstərir. Bu artımda əsas rol oynayan amillərdən biri ABŞ dövlət istiqrazlarının gəlirlərinin düşməsi olub ki, bu da investorları riskli aktivlərdən uzaqlaşdıraraq qiymətli metallara yönəldib.

Çərşənbə günü qlobal bazarlarda spot gümüşün qiyməti əvvəlki sessiyada təxminən 3 % düşməsindən sonra bu dəfə təxminən 6 % artaraq ons başına 85 dollar səviyyəsini keçib. Bu, gümüşün yüksəliş tempinin sürətlənməsinin göstəricisi sayılır.

Analitiklər qeyd edirlər ki, ABŞ istiqrazlarının gəlirlərinin azalması iqtisadi aktivlikdə yavaşlama siqnalı verir və bu da investorların daha “təhlükəsiz aktivlar” - qızıl və gümüş kimi metallar almağa marağını artırır.

Gümüş qiymətlərindəki bu trend həm də dünya bazarında təklif və tələb tarazlığının dəyişməsi, həm də makroiqtisadi göstəricilər üzrə qeyri-müəyyənlik fonunda investor maraqlarının dəyərli metallara yönəlməsi ilə bağlıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)