Qızıl və gümüş ucuzlaşdı (27.01.2026)
Qızılın qiymətində ötən gün qeydə alınan tarixi artımdan sonra azalma müşahidə olunur.
ENA.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersləri 0.43% dəyər itirərək 5101 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 6.34% ucuzlaşaraq 108.18 ABŞ dolları təşkil edib.
















