Gülnarəyə ABŞ-da cinayət işi açıldı - 865 milyon dollarlıq rüşvət ittihamı
![](https://ena.az/uploads/news/2019-03/_businessinsider_b19a84c6e6a433c0f004aa000_o.jpg)
Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimova və “Uzdunrobita” şirkətinin keçmiş baş direktoru Behzad Ahmedov ABŞ-da çirkli pullar yumaq və 865 milyon dollar həcmində külli-miqdarda rüşvət almaqda ittiham olunurlar.
"BI" xəbər verir ki, bu barədə Nyu-York prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilir ki, eks-prezidentin qızına qarşı cinayət işi açılıb.
Prokurorluq qeyd edir ki, baş verən bu hadisə xarici korrupsiya praktikası ilə bağlı qanun tarixində baş verən ən böyük rüşvət halıdır.