Bank

"Bank Respublika"da yeni direktor - TƏYİN EDİLDİ

“Bank Respublika” ASC-nin İnnovasiya Departamentinə yeni direktor təyin olunub. Bu barədə banka yaxın mənbədən əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, ötən ay “Bank Respublika”ya yeni təyinat almış şəxs son Rəşad Xələfovdur. 

Qeyd edək ki, R.Xələfov buna qədər “Atəşgah Sığorta” ASC-də İnformasiya və Texnologiyalar Departamentində Direktor idi. O, Sığorta Şirkətinə ötən ilin əvvəlində təyinat almışdı. Buna qədər isə o, “Bank of Baku” ASC-də İT üzrə çalışıb.

Bankın hazırda 22 departamenti fəaliyyət göstərir. Bankın saytına istinad etsək, 2  departament direktoru vəzifəsi bir neçə müddətdir ki, vakant olaraq qalır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)