Sosial iqtisadiyyat

İctimai iaşə sektorunda POS-terminal vasitəsilə nağdsız dövriyyəsi üzrə vergi yükü azaldılacaq

2026-cı il yanvarın 1-dən etibarən ictimai iaşə fəaliyyəti göstərən və ƏDV qeydiyyatında olan şəxslərin vergi yükü azaldılır. Yeni dəyişikliyə əsasən, bu kateqoriyaya aid sahibkarların POS-terminal vasitəsilə nağdsız qaydada həyata keçirilən ödənişlərdən formalaşan dövriyyəsinin 50 faizi 3 il müddətinə onların ƏDV-yə cəlb olunan ümumi dövriyyəsindən çıxılacaq.

ENA.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumatında qeyd edilib.

Hazırda analoji güzəşt tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə tətbiq olunur. Onların əhaliyə göstərdikləri tibbi xidmətlər üzrə POS-terminal ilə aparılan nağdsız ödəniş dövriyyəsinin 50 faizi 2024-cü ildən 3 il müddətinə ƏDV bazasından çıxılır.

Bundan əlavə, iaşə fəaliyyəti göstərən və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olan sahibkarlar üçün də güzəşt tətbiq ediləcək. Belə ki, POS-terminal vasitəsilə nağdsız dövriyyəyə görə sadələşdirilmiş verginin dərəcəsi 8 faizdən 6 faizə endirilməsi təklif olunur.

DVX qeyd edi edib ki, dəyişikliyin tətbiqi sahibkarların vergi öhdəliklərinə əhəmiyyətli təsir göstərəcək. Məsələn, aylıq dövriyyəsi 50 min manat olan, bunun 40 min manatı nağdsız POS ödənişi olan ƏDV ödəyicisi üçün hesablanmalı ƏDV məbləği 6 min manatdan 2 400 manata düşəcək. Eyni dövriyyəyə malik sadələşdirilmiş vergi ödəyicisi üçün isə vergi məbləği 4 min manatdan 3 200 manata enəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)