Qızıl və gümüş bahalaşıb (10.11.2025)
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.28% artaraq 4061 ABŞ dollarına bərabər olub.
ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 2.28% artaraq 49.24 ABŞ dolları təşkil edib.


















