Azərbaycan nefti 65 dollaradək ucuzlaşdı (29.10.2025)
Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
ENA.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 1.82 dollar və ya 2.72% azalaraq 65.21 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.


















