Bankların kredit yarışı: Ziraat və Yapı Kredi banklar fərqləndi. Kim qazandı, kim geridə qaldı? - DİNAMİKA
2025-ci ilin üçüncü rübü Azərbaycan bank sektoru üçün kredit portfeli baxımından artım dövrü olub. 2024-cü ilin yekunları ilə müqayisədə əksər bankların kredit portfeli yüksəlib, bu da iqtisadi fəallığın və istehlak tələbinin artmasından xəbər verir.
Liderlər kimlərdir?
ENA.az xəbərt verir ki, sektor üzrə liderlik ABB ASC-də qalır – bankın kredit portfeli 6 milyard 802,5 milyon manata çataraq 7,1% artım nümayiş etdirib. Onu Kapital Bank ASC (5 milyard 432,1 milyon manat, +4,2%) və PAŞA Bank ASC (3 milyard 338,4 milyon manat, +1,1%) izləyib.
Ən yüksək artım tempinə malik banklardan biri Ziraat Bank Azərbaycan ASC olub – kredit portfeli 37,5% artaraq 728,3 milyon manata yüksəlib. Oxşar templə Yapı Kredi Bank Azərbaycan QSC də irəliləyib – 36,7%-lik artım qeydə alınıb.
Orta seqmentdə AFB Bank ASC (+26,8%), Bank of Baku ASC (+14,7%), Yelo Bank ASC (+12,7%) və Rabitəbank ASC (+12,4%) kimi banklar fərqlənib. Bu artım daha çox pərakəndə kreditləşmə və kiçik biznes kreditlərinin genişlənməsi ilə izah olunur.
Bir neçə bankda isə portfelin kiçilməsi baş verib. Xalq Bank ASC-də 3,4%-lik, AzƏr Türk Bank ASC-də 1,5%-lik, Bank Avrasiya ASC-də 1,7%-lik azalma müşahidə edilib. BankMelli İran Bakı filialı isə 31,2%-lik azalma ilə siyahının sonlarında qərarlaşıb.
Beləliklə, 2025-ci ilin ilk üç rübündə müşahidə edilən bu artım maliyyə sabitliyinin və bank sektorunun likvidliyinin artdığını göstərir. Kredit portfelinin genişlənməsi biznes aktivliyini dəstəkləyir, istehlak tələbinə stimul verir və bank sektorunun gəlirliliyini artırır.
Bununla yanaşı, artımın əsasən istehlak kreditləri və ipoteka seqmenti hesabına baş verməsi sektorda risklərin diqqətlə idarə olunmasını zəruri edir.
Bankların kredit portfelinin həcmi, milyon manatla
|
Bank |
2025 III rüb (mln manatla) |
2024 yekun (mln manatla) |
Dəyişmə (mln manatla) |
Dəyişmə (%) |
|
ABB ASC |
6802.5 |
6350.8 |
451.7 |
7.11 |
|
Kapital Bank ASC |
5432.1 |
5211.2 |
220.9 |
4.24 |
|
PAŞA Bank ASC |
3338.4 |
3303.3 |
35.1 |
1.06 |
|
Xalq Bank ASC |
1823.2 |
1887.2 |
-64 |
-3.39 |
|
Bank Respublika ASC |
1577.2 |
1471.9 |
105.3 |
7.15 |
|
AccessBank QSC |
1296.9 |
1151.6 |
145.3 |
12.62 |
|
Unibank KB ASC |
1254.8 |
1154.5 |
100.3 |
8.69 |
|
Yelo Bank ASC |
1053.9 |
935.1 |
118.8 |
12.7 |
|
Rabitəbank ASC |
953.2 |
848.1 |
105.1 |
12.39 |
|
Bank of Baku ASC |
872.4 |
760.4 |
112 |
14.73 |
|
AzƏr Türk Bank ASC |
787.7 |
799.9 |
-12.2 |
-1.53 |
|
Ziraat Bank Azərbaycan ASC |
728.3 |
529.7 |
198.6 |
37.49 |
|
TuranBank ASC |
710.9 |
651.8 |
59.1 |
9.07 |
|
Expressbank ASC |
530.6 |
502 |
28.6 |
5.7 |
|
Premium Bank ASC |
477.5 |
466.6 |
10.9 |
2.34 |
|
Yapı Kredi Bank Azərbaycan QSC |
434.1 |
317.6 |
116.5 |
36.68 |
|
Azərbaycan Sənaye Bankı ASC |
301.89 |
296.4 |
5.49 |
1.85 |
|
Bank BTB ASC |
289.2 |
282.3 |
6.9 |
2.44 |
|
Bank VTB (Azərbaycan) ASC |
242 |
235 |
7 |
2.98 |
|
AFB Bank ASC |
232.2 |
183.1 |
49.1 |
26.82 |
|
Bank Avrasiya ASC |
133.9 |
136.2 |
-2.3 |
-1.69 |
|
BankMelli İran Bakı filialı |
2.2 |
3.2 |
-1 |
-31.25 |


















