Birja

Dünya bazarlarında neft ucuzlaşıb (17.10.2025)

Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0,19 faiz ucuzlaşaraq 60.944 dollar/barel olub.
 
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 bareli 0,30 % azalaraq 57.287 dollar təşkil edib.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəyə son qoymaq üçün Macarıstanda danışıqlar aparmaq barədə razılığa gəlməsindən sonra neft cümə günü erkən ticarətdə bir qədər ucuzlaşıb və həftəlik itkiyə doğru gedir.

Bu arada Vaşinqton Hindistan və Çinə Rusiya neftinin alışını dayandırmaq üçün təzyiq göstərməkdə davam edir.

ANZ-nin analitiki Daniel Hynes, “Trampın Putinlə Ukraynada müharibənin sona çatmasını müzakirə etmək üçün görüşəcəyinin elanı təchizatın daha da sərtləşdirilməsi ilə bağlı narahatlıqları azaldıb” deyib.

Cümə axşamı ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanan məlumatlar da qiymətlərə təsir etdi. EIA, ABŞ-ın xam neft ehtiyatlarının keçən həftə 3,5 milyon barel artaraq 423,8 milyon barrelə çatdığını bildirdi.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)