"Azərmaş Group" dövlət zəmanətli istiqrazlar buraxacaq - TARİX
Oktyabrın 15-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərmaş Group" MМС-nin 10 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqraz rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək, 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. İstiqrazların nominal dəyərinin 60 %-i üzrə İpoteka və Kredit Zəmanət Fondu zəmanət verib.
İstiqrazların aşağıda qeyd olunan şərtlər daxilində geri satın almaq hüququ nəzərdə tutulur:
27-ci ayda -2,5 milyon manat;
30-cu ayda - daha 2,5 milyon manat;
33-cü ayda - daha 2,5 milyon manat;
36-cı ayda - daha 2,5 milyon manat.


















