Qızılın qiyməti rekord səviyyəyə çatdı

Dekabr 2025-ci ildə təhvil veriləcək qızıl fyuçerslərinin qiyməti Nyu-York əmtəə birjasının Comex bölməsində tarixi maksimuma çatıb.
ENA.az xəbər verir ki, qızılın qiyməti bir troya unsiyası üçün qiymət 4 350 ABŞ dollarını ötüb.
Bakı vaxtı ilə saat 02:00-a olan göstəriciyə görə, qiymətli metalın dəyəri 4 354 dollar (+2,5%) təşkil edib. Beş dəqiqə sonra isə artım bir qədər zəifləyərək qiymət 4 352,2 dollara (+2,46%) enib.