JPMorgan CEO-dan qızıl şərhi: il ərzində bahalaşma 58%-ə çatdı

JPMorgan Chase & Co şirkətinin baş direktoru Jamie Dimon qızıl almaqda müəyyən məntiq gördüyünü söyləsə də, tarixi bir rallidən sonrakı vəziyyəti şərh verməkdən imtina etdi.
"Mən qızıl alıcısı deyiləm. Bu mühitdə qızılın qiyməti asanlıqla 5000 dollara, 10 000 dollara çata bilər. Biz həyatımda gördüyüm nadir hallardan birini yaşayırıq. Cəmi iki il əvvəl 2000 dollardan aşağı ticarət edilən qızıl, inflyasiya narahatlıqları və geosiyasi qarışıqlıq fonunda investorların təhlükəsiz sığınacaq aktivlərinə olan tələbatını əks etdirir və səhmlərdəki qazancları üstələyib".
Qiymətli metal Çərşənbə axşamı günü sürətli yüksəlişini davam etdirərək, 0,8% artaraq bir unsiya üçün 4,142,94 dollara yüksəldi və il ərzində qazancını 58%-ə çatdırdı.
Keçən həftə Citadel-in qurucusu, milyarder investor Ken Griffin, investorların qızıla dollardan daha etibarlı bir yatırım kimi baxmağa başladığını bildirərək, bu inkişafı "həqiqətən narahatedici" adlandırıb.
Bu arada Dimon ABŞ-ın avtomobil hissələri tədarükçüsü olan First Brands və avtomobil icarəsi şirkəti Tricolor Holdings-in müflisləşməsinə münasibət bildirərək, "Bunu deməməliyəm, amma bir tarakan görürsənsə yəqin ki, daha çoxdur. Bu barədə hər kəs xəbərdar edilməlidir" deyib.