Sosial iqtisadiyyat

Azərbaycan Çinə fındıq və badam ixrac edəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Çinin Baş Gömrük Administrasiyası "Azərbaycan Respublikasından Çin Xalq Respublikasına ixrac edilən fındıq və badamın yoxlanılması, karantini və sanitariya tələblərinə dair Protokol" layihəsi imzalayıb.

AQTA-dan verilən məlumata görə, imzalanma mərasimi Agentliyin nümayəndə heyətinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çinə səfəri çərçivəsində baş tutub.

Belə ki, artıq Azərbaycanda yetişdirilən fındıq və badam artıq Çinə də ixrac olunacaq.

Görüşdə, həmçinin tərəflər "İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlıq Mexanizmi üzrə Sənəd Layihəsi"ni imzalayıblar.

Həmçinin tərəflər quş əti, akvakulturada yetişdirən və vəhşi təbiətdən əldə olunan dəniz məhsulları, albalı, alma, xurma və narın ixracı ilə bağlı məsələlər müzakirə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)