Bəzi məhsulların Azərbaycana idxalı üçün gömrük rüsumları dəyişdi

Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik olunub.
ENA.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən üstü rezindən və plastpasdan olan qoruyucu burunaltılıların bir cütünün idxalında gömrük rüsumu 15 ABŞ dollarından 9 dollara endirilib. 2026-cı il iyunun 30-dək sözügedən məhsulların idxal qiyməti 9 dollar təşkil edəcək.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.