Çinin valyuta ehtiyatları 2015-ci ildən bəri ən yüksək səviyyədədir

Çin Dövlət Valyuta Klirinq İdarəsi 2025-ci ilin sentyabr ayına aid valyuta ehtiyatı məlumatlarını açıqladı. Belə ki, ölkənin valyuta ehtiyatları sentyabr ayının sonunda bir əvvəlki aya görə yüzdə 0,5 artdı.
Avqust ayı ilə müqayisədə 16,5 milyard dollar artan bu ehtiyatların ümumi dəyəri 3,338 trilyon dollara çatıb.
Administrasiyanın bəyanatında ABŞ dolları indeksində sentyabr ayında cüzi dalğalanmalar yaşansa da, qlobal maliyyə aktivlərinin qiymətləri ümumilikdə artdığı qeyd edilib.
Açıqlamada vurğulanıb ki, valyuta ehtiyatlarında artım svop əməliyyatları və aktivlərin qiymətlərindəki dəyişikliklərin birgə təsirindən qaynaqlanır. Həmçinin qeyd olunub ki, iqtisadi sabitlik və inkişafda irəliləyiş valyuta ehtiyatlarının sabitliyinə öz töhfəsini verib.