Laçın və Qubadlıda təxminən 40 min hektar ərazidə ikinci yeni milli park yaradılacaq
Laçın və Qubadlı yasaqlıqlarının bazasında təxminən 40 min hektar ərazidə ikinci yeni milli park yaradılacaq.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.
Nazir müavini əlavə edib ki, “Böyük Qayıdış” proqramına əsasən 2027-2030-cı il üçün dövlət proqramına əsasən tədbirlər planı hazırlanır.
Onun sözlərinə görə, azad olunmuş ərazilərdə əsasən məsələlərdən biri də təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər müzakirə edilir.

















