Avtomobil

Azərbaycanda elektrikli avtobus parkı genişlənəcək - Saziş imzalandı

Azərbaycanda elektrik avtobusların yığılması üzrə layihəyə start verilir.

ENA.az xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Improtex Group" və "MAN Truck & Bus" şirkəti rəhbərliyi ilə elektrik avtobusların yığılması üzrə sazişi imzalayıb.

Layihə ölkədə ekoloji nəqliyyatın inkişafını dəstəkləməyi və elektrik avtobus parkının genişləndirilməsini hədəfləyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)