Bakıda nominal əməkhaqqı 8%-dən çox artıb

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artıb.
ENA.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə paytaxtda orta aylıq nominal əməkhaqqı 1375,4 manat təşkil edib.