Azərbaycanda VİP turistlər Qazaxıstan vətəndaşları hesab olunur
Dünyada səyahət anlayışı köklü dəyişir. Qastronomiya məkan seçimində liderdir, ikinci yerdə isə tədbirlər gəlir.
“Mastercard”ın Marketinq və Kommunikasiyalar üzrə vitse-prezidenti Yasemin Develioğlu bu gün keçirilən mətbuat konfransında deyib ki, hazırda, gözəllik və idman tədbirləri səyahət seçimində öndədir. Dünyada təkbaşına səyahət edən və təkbaşına səyahət edən qadınların sayı xüsusən artır.
Kartlarla xərcləmələrə əsasən, Qazaxıstandan Azərbaycana gələn turistlər daha çox xərcləyiblər və velə çıxır ki, onlar VİP kateqoriyaya daxildir.
Bu il 178 fərqli ölkədən turist qəbul edilib. Azərbaycana ən çox turist Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Qazaxıstan və Səudiyyə Ərəbistanından gəlib. Xüsusilə Qazaxıstanda gələn turistlərin ortalama xərcləmələri daha yüksək səviyyələrə çatıb. Bu da, o deməkdir ki, onlar premium seqmentdədirlər"
Turistlər ortalama gecələməyə 133 ABŞ dolları xərcləyiblər.
"Turistlər ən çox hotel-gecələmə xidmətlərinə pul xərcləyiblər. Onlar ortalama 133 ABŞ dolları xərcləyiblər. Daha sonra restoran, geyim və gözəllik sektoru gəlir".
Mastercard-ın Azərbaycan nümayəndəsi Emil Zeynalov bildirib ki, Azərbaycana gələnlərin sayında isə lider ölkə Türkiyədir. Türklər otel üzrə xərcləmələrdə daha səxavətli olurlar. Qazaxlar isə bütün xərcləmələrdə daha yüksək göstərici sərgiləyiblər.
E.Zeynalovun sözlərinə görə, idman tədbirləri turist sayında kifayət qədər artım yaradır, eyni zamanda bu xidmət sektorunda və digər srktorlarda ciddi xərcləmələr göstərir. Azərbaycanda keçən "Formula 1"də otellər üçün xərcləmələrdə 187 faizlik bir artım qeydə alınır. Digər sektorlarda da ciddi artım müşahidə olunur.
Y.Develioğlu bildirib ki, Mastercard 2,6 milyard dollarlıq yeni süni zəka investisiyası ilə maliyyə əməliyyatlarının rahatlaşması və təhlükəsizliyini artırmağa çalışır.
O bildirib ki, Azərbaycan iqtisadiyyatı böyüməkdə, genişlənməkdə davam edir: “Ölkənin daha da cəlbediciliyi artır. Bu isə Azərbayana yatırımlarımızın artırmasının önəmli olduğunu göstərir”


















