Sosial iqtisadiyyat

Azərbaycan dənli bitkilərin ixracını 5 dəfəyə yaxın artırıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan 1 milyon 123.51 min ABŞ dollar dəyərində dənli bitkilər ixrac edib.

ENA.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4.8 dəfə çoxdur.

Hesabat dövründə ölkəyə 196 milyon 643.07 min manatlıq dənli bitkilər idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% faiz artım deməkdir.

Qeyd edək ki, cari ilin 7 ayında dənli bitkilərin ixracı ümumi ixracın 0,01%-ni, idxal isə ümumi idxalın 1.44%-ni təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)