BİZNES

“Qaradağ Sement”in rəsmi distribütoru ləğv edilir

“Galf Konstrakşn” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsi̇mi̇ rayonu, Hüseyn Seyi̇dzadə küçəsi, ev 31, mənzil 32 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Galf Konstrakşn” 2004-cü ildə təsis edilib.

“Galf Konstrakşn”  MMC  Respublikanın ən iri sənaye müəssisələrindən biri olan  “Qaradağ Sement”  ASC –nin rəsmi distribütoru  olub, Bakı və Sumqayıt şəhəri ərazisində dilerlər vasitəsi ilə sement satışını  həyata  keçirir.

“Qaradağ Sement” ASC-nin rəsmi distribütoru kimi “Galf Konstrakşn” MMC 04 yanvar 2007-ci il tarixindən fəaliyyətə başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)