MALİYYƏ

Dollar kreditinə ediləcək güzəşti necə hesablamalı? - QRAFİKA

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmanla 800 min insanın problemli kreditinə güzəşt olunub.

Dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnə dəyişdiyi tarixlər əsas götürülüb. 

"Businessinsider.az" kredit borcuna ediləcək güzəşti daha asan hesablamaq üçün tərtib olunan qrafik məlumatları təqdim edir:

Kredit müqaviləsi 2015-ci il fevralın 21-nə kimi xarici valyutada bağlanıbsa, 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) qiymətləndirmə olacaq.

Yəni 1 dollar borcunuz varsa, onun 0,15 dollarına dövlət dəstək verəcək.

Kredit müqaviləniz 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanıbsa 1 ABŞ dollarlıq borcunuzun 0,6 manatına (0,35 ABŞ dolları) dövlət dəstəyi olacaq.

2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına hər iki qayda tətbiq olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)