MALİYYƏ

Gürcüstan Azərbaycandan idxalı artırıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 733 milyon ABŞ dollarına bərabər olub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İlk yeddi ayda Azərbaycanın Gürcüstanın ümumi ticarət dövriyyəsindəki payı 5,2% təşkil edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra VI yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 400,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 0,1% azdır. Azərbaycan Gürcüstanın ixracında 10,4% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan, Qazaxıstan və Rusiyadan sonra IV yeri tutub.

Gürcüstanın Azərbaycandan idxalı isə ötən ilin eyni dövünə nisbətdə 2,2% artaraq 332,3 milyon ABŞ dolları dəyərində olub. Azərbaycan 3,2% payla qonşu ölkənin idxalında Türkiyə, ABŞ, Rusiya, Çin, Almaniya və Böyük Britaniyadan sonra VII əsas idxal tərəfdaşı olub.

Yanvar-iyulda Gürcüstan xarici ölkələrlə 14,2 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Bu, illik müqayisədə 10,3% çoxdur. Qonşu ölkə 3,84 milyard ABŞ dolları dəyərində ixrac, 10,3 milyard ABŞ dolları dəyərində isə idxal əməliyyatları həyata keçirib.(Teleqraf)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)