“Tərcümə Mərkəzinin Nizamnaməsi” dəyişdi - QƏRAR
Nazirlər Kabinetinin “Tərcümə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2018-ci il 3 may tarixli və “Tərcümə Mərkəzinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 2018-ci il 14 iyun tarixli qərarlarına dəyişikliklər edilib.
"BI" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədovimzalayıb.
Qərara əsasən “Tərcümə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli qərarında adına və ikinci abzasına “Tərcümə” sözündən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilib. Həmin Qərarla təsdiq edilmiş “Tərcümə Mərkəzinin Nizamnaməsi”nin adına və 1.1- ci bəndinə “Tərcümə” sözündən əvvəl “Azərbaycan Dövlət” sözləri (Azərbaycan Dövlət “Tərcümə Mərkəzinin Nizamnaməsi - red) əlavə olunub. “Tərcümə Mərkəzinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 14 iyun tarixli qərarında 2.1. adına, 1-ci və 2-ci hissələrinə “Tərcümə” sözündən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilib. Həmin Qərarla təsdiq edilmiş “Tərcümə Mərkəzinin strukturu”nun adına və mətninə “Tərcümə” sözündən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilib.