Sosial iqtisadiyyat

Bakı Limanı yenidən dövlət qeydiyatına alındı

Bakı Beynəlxalq Dəniz Limanı" MMC yenidən qeydiyyatdan keçib.

ENA.az xəbər verir ki, MMC Dövlət Vergi Xidməti tərəfindən 20 000 manat nizamnamə kapitalı ilə yenidən dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Bakı Limanı və ya rəsmi adı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı - müasir forması 1902-ci ildə təsis edilib və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulub və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb. Bu il fevralın 25-də isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dəniz Limanı “Azərbaycan Dəmir Yolları” QSC-ə birləşdirilib. Qurumun hazırkı yeni qanuni təmsilçisi Salahov Adil Eldar oğludur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)