İsrail ordusu Tehrana yeni hücum dalğasını başlatdı

Səhər tezdən İsrailin İrana hücumu yenidən şiddətlənib. İsrail ordusunun qısa yazılı bəyanatında deyilir: "İsrail Hərbi Hava Qüvvələri hazırda Tehrana silsilə zərbələr endirir".
Bu bəyanatdan bir qədər əvvəl İsrail ordusu hücumla hədələyərək Tehranda böyük bir ərazinin boşaldılmasını tələb edib.
Digər tərəfdən, İsrail ordusu gün ərzində başda paytaxt Tehran olmaqla İranın müxtəlif bölgələrinə hücumlarını davam etdirib.
İsrail və İran arasında qarşılıqlı hücumlar davam edərkən, İsrail Tehranın şimal-şərqində yerləşən İmam Hüseyn Universitetinə hücum edib.
AA müxbirlərinin bölgədəki mənbələrdən aldığı məlumata görə, İsrail Tehranın şimal-şərqində Həkimiyyə rayonu yaxınlığında yerləşən İnqilab Keşikçiləri Korpusuna bağlı İmam Hüseyn Universitetinə hücum edib.