Azərbaycanlı milyarder Bakıya gəlir
"LUKOYL" şirkətinin prezidenti Vahid Ələkbərov martın 1-də Rusiya Federasiyası Energetika Nazirliyinin OPEC+ sazişi üzrə keçirəcəyi müşavirədə iştirak etməyi planlaşdırır, martın 18-də isə OPEC+ Monitorinq Komitəsinin iclasına qatılmaq üçün Bakıya gələcək.
O, martın 1-də Rusiya Federasiyasının Energetika Nazirliyində OPEC+ sazişi üzrə keçiriləcək müşavirədə "LUKOYL"un iştirak edib-etməyəcəyi barədə jurnalistlərin sualına müsbət cavab verib.
"Yəqin ki, mən martın 18-də Bakıda neft nazirlərinin görüşündə də iştirak edəcəyəm", - deyə V.Ələkbərov əlavə edib.