Dollar iflas edəcək - Bloomberg
Dolların avro və hətta Çin yuanı qarşısında ucuzlaşması baş verəcək.
Bİ.az xəbər verir ki, dollar avroya nisbətdə təxminən 40% düşəcək. Bu barədə Bloomberg məlumat yayıb.
Məlumatda deyilir ki, 2024-cü ilə qədər dolların dayanıqlı valyuta kimi imici möhkəmlənəcək və bahalaşma tendensiyası davam edəcək. A.G. Bisset Associates LLC-nin baş icraçı direktoru Ulf Lindalın proqnozuna görə, 1970-ci ildən bəri dolların 15 ildən bir düşmə tendensiyası təkrarlanır.
Bu sxem bu dəfə də təkrarlanacaq. Onun fikrincə, Amerika valyutası avroya nisbətdə 2 dollar və yuana münasibətdə 1 dollar ucuzlaşacaq.
Qeyd edək ki, bu proqnoz Bloomberg-in media analitikləri arasında keçirdiyi sorğu ilə üst-üstə düşür. Analitiklər hesab edir ki, 2022-cu ildə avro 1,28 dollara qədər bahalaşacaq.
Lindalın hesablamalarına görə, kursun düşməsi səhmlərin kütləvi satışına və xammal halında olan məhsulların qiymətinə mənfi təsir edəcək.
Bazarın bir çox iştirakçıları dollardakı bu dəyişikliyin məntiqini başa düşmürlər və nəticədə buna görə də qarşıdakı düşüşü “45 il ərzində ən riskli investisiya şəraiti adlandırmaq olar” deyə o, izah edib.