Birja

Qızıl bahalaşıb (21.05.2025)

Qızılın qiyməti bir həftədən artıq müddət ərzində ən yüksək səviyyəyə qalxaraq 3.300 dolları keçib.

ENA.az xəbər verir ki, buna səbəb dolların zəifləməsi və ABŞ-də maliyyə qeyri-müəyyənliyi fonunda Konqresin genişmiqyaslı vergi qanun layihəsini müzakirə etməsinin investorları təhlükəsiz liman axtarışına yönəltməsi olub.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.68% artaraq 3,306,84 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.36% artaraq 33.295 ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)