Sosial iqtisadiyyat

Bu il Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 39,8% artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 39,8% artaraq 2,68 milyard dolları üstələyib.

ENA.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, Azərbaycandan MDB ölkələrinə ixrac 485,2 milyon dollar (4,5% artım), MDB ölkələrindən Azərbaycana idxal isə 2,19 milyard dollar (51,1% artım) təşkil edib.

Cari ilin ilk 4 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 15,85 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 1,79 faiz bəndi çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)