Birja

Qızılın qiyməti son bir ayın ən aşağı səviyyəsinə düşdü

Qızılın qiyməti son bir aydan artıq müddətdə ən aşağı səviyyəyə düşüb.

ENA.az xəbər verir ki, ABŞ-Çin ticarət gərginliyinin azalması qiymətli metalın cəlbediciliyinə mənfi təsir göstərib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.38% azalaraq 3,143.94 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1.62% azalaraq 31.910 ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)