Qızıl ucuzlaşıb

Qızılın qiyməti azalıb.
ENA.az xəbər verir ki, buna səbəb ABŞ və Çin arasında pozitiv ticarət danışıqlarının bazardakı narahatlıqları azaltması və investorların təhlükəsiz aktivlərdən daha riskli investisiyalara yönəlməsi olub.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.82% azalaraq 3,283.24 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.53% artaraq 33.088 ABŞ dolları təşkil edib.