Bank

Mərkəzi Bankda yeni təyinatlar olub

Azərbaycan Mərkəzi Bankına yeni təyinatlar olub.

Məlumata görə, Əlili Rəxşəndə Mübariz qızı AMB-nin maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru təyin edilib.

O, buna qədər Azərbaycan Mərkəzi Bankında Pul əməliyyatları şöbəsinin müdiri olub.

Ataxan Həsənov isə Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinə direktor təyin edilib.

O, 2020-ci ilin yanvarından 2024-cü ilin aprelinə qədər adıçəkilən departamentin sturukturunda olan Maliyyə sabitliyinin təhlili və modelləşdirmə şöbəsinin müdiri idi, 2024-cü ilin aprelindən sonra isə Maliyyə sabitliyi departamentinə direktoru idi.

Həsənov ali təhsil üzrə Bakı Dövlət Universitetində bakalavr dərəcəsini bitirsə də, magistr dərəcəsini Niderland Krallığında (Erasmus University Rotterdam) iqtisadiyyat və biznes üzrə bitirib.

Maliyyə Sabitiliyi Departamentinin əsasnaməsinə görə, direktor işdə olmadıqda, onun səlahiyyətlərini departament direktorunun müavini, o da işdə olmadıqda rəhbərliyin müvafiq əmri ilə həvalə edilmiş şöbə rəislərindən biri icra edir.

Bu departamentə 2021-ci ildən etibarən Rüstəm Tahirov Şamil oğlu rəhbərlik edir.

Departamentin fəaliyyətinin əsas məqsədi ölkədə maliyyə sektorunun sabitliyini və onun dayanıqlığını müəyyən edən amilləri qiymətləndirmək, sistem risklərini identifikasiya etmək, onların maliyyə sabitliyinə təsirini ölçmək məqsədilə stress-testlər aparmaq, risklərin neytrallaşdırılması üzrə siyasət alətlərini formalaşdırmaq, həyata keçirilən maliyyə sabitliyi siyasətinin təsirlərini təhlil etmək üçün analitik diaqnostika çərçivəsini inkişaf etdirmək, habelə ölkədə maliyyə vasitəçilyinin genişlənməsinə, dərinləşməsinə və effektivliyinin artırılmasına yönəlmiş inkişaf siyasətini müəyyən etməkdən ibarətdir.

Departament bir vaxtlar Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunda olub və o ləğv edildikdən sonra Mərkəzi Bankın strukturuna keçib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)