Sosial iqtisadiyyat

Azərbaycanda fevral ayı üçün ərzaq qiymətləri açıqlanıb

Bu ilin fevral ayında Azərbaycanda ərzaq qiymətləri indeksi 127.1 bəndə yüksəlib.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına əsasən, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.

FAO-nun hesabatına əsasən, bu, yanvar ayı ilə müqayisədə 1, 6 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,2 % artım deməkdir.

Bildirilib ki, əsas qiymət artımları taxıl, bitki yağları, süd və şəkər məhsullarında müşahidə olunub.

Məlumata görə, fevral ayında FAO-nun taxıl qiymətləri indeksi 112.6 bənd təşkil edib ki, bu da yanvar ayına nisbətən 0,7 % artım deməkdir. Əsas səbəblər arasında Rusiya və ABŞ-da əlverişsiz məhsul şəraiti və Argentinada istehsalın azalması qeyd edilir.

Fevral ayında bitki yağlarının qiyməti 2 % artaraq 156.0 bəndə çatıb. FAO-ya görə, bu artım Cənub-Şərqi Asiyada hasilatın azalması və İndoneziyada biodizel sənayesindən yüksək tələblə əlaqəlidir.

Süd məhsulları fevral ayında 4 % bahalaşıb. Xüsusilə pendir və kərə yağı qiymətlərində ciddi artım qeydə alınıb. Ekspertlər bunu Okeaniyada süd istehsalının azalması ilə əlaqələndirirlər.

Fevral ayında şəkər qiymətləri yanvara nisbətən 6.6 % artsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 % azalma müşahidə edilib. Hindistanda istehsalın azalması və Braziliyadakı hava şəraiti bu bahalaşmaya təsir edən əsas faktorlar sırasındadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)