Birja

"Bitcoin" yenidən bahalaşmağa başlayıb

Dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:00-da “CoinMarketCap” platformasında 0.65% bahalaşaraq 82 625 ABŞ dolları təşkil edib."Bitcoin" son bir sutkada isə 4% civarında ucuzlaşıb.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 5.34% azalaraq 2 072 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan Tether son sutkada 0,01%, XRP 5.77%, BNB isə 4.23% ucuzlaşıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)