Birja

"Bakı Fond Birjası"nın dövriyyəsi 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 13 milyard 616,922 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,4 dəfə artaraq 5 396 olub.

BFB-nin dövriyyəsinin 95 %-i və yaxud 12 milyard 940,827 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3,7 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 89,5 % azalaraq 159,294 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 61,7 % artaraq 516,802 milyon manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)