DİN kriptovalyuta dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kriptovalyuta dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
“Kriptovalyuta dələduzluğuna qarşı diqqətli olun! Tanımadığınız şəxslərdən kriptovalyuta qazancı ilə bağlı gələn təkliflərə qarşı diqqətli olun. Kriptovalyuta ilə əlaqədar layihələrin və mənbələrin doğruluğunu yoxlayın. Təhlükəsiz elektron pulqabı və platformalardan istifadə edin. Platformalarda aktivlərinizi qorumaq üçün mürəkkəb şifr və ikimərhələli təsdiqləmədən istifadə edin”, – deyə Nazirliyin məlumatında bildirilir.