Aqrar

Azərbaycan buğda idxalını 23 %-dən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycana 86 min 654 ton buğda idxal edilib.

ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın idxal dəyəri 18 milyon 695 min ABŞ dolları təşkil edib.

Buğda idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 16 min 509 ton (23,5 %), dəyər baxımından isə 2 milyon 412 min ABŞ dolları (14,8 %) artıb.

Azərbaycanın ümumi idxalında buğda idxalının payı 0,91 % təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)