Rəsmi

Prezidentdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında - FƏRMAN

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 24 iyun tarixli 976 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. 

"BI" xəbər verir ki, fərmanda deyilir: 

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.1.1. aşağıdakı məzmunda 3.1.50-1-ci yarımbənd əlavə edilsin:

“3.1.50-1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarəti və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək;”;

1.1.2. 3.1.52-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.52. əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə, əlilliyi olan şəxslərin reyestrini elektron formada aparmaq;”;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”nin 3.1.13-cü yarımbəndi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.29-cu yarımbəndindən “məlumat bazasının təşkili,” sözləri çıxarılsın.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)