Avtomobil

Dünyada ən çox satılan 3 avtomobil - SIYAHI

Yaponiyanın “Toyota Motor” şirkəti artıq 5-ci ildir ki, avtomobil satışına görə dünyada birinci yeri tutur.

ENA.az xəbər verir ki, bunu avtomobil istehsalçısı olan şirkətin dərc etdiyi statistik məlumatlar sübut edib.

2024-cü ildə şirkətin satış həcminin 3,7% azalmasına baxmayaraq, “Toyota” dünya üzrə 10 821 480 avtomobil satıb. Bu, ona növbəti dəfə alman “Volksvagen”ini ötməyə və ardıcıl 5-ci il dünyada birinci yeri tutmağa imkan verib.

Ötən il Almaniya konserni dünya üzrə təxminən 9,02 milyon avtomobil satıb.

Üçüncü yeri dünya üzrə 7,23 milyon avtomobil satan Koreyanın “Hyundai Motor” şirkəti tutur.

Beləliklə, 2024-cü ilin nəticələrinə görə, dünyada ən çox satılan avtomobil markaları arasında ilk "3-lük" “Toyota”, “Volksvagen” və “Hyundai"dan ibarətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)