AMB sədri: İnflyasiya proqnozumuzun düşməsinə səbəb kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalmasıdır
Azərbaycanın ticarət tərəfdaşlarının ölkədəki inflyasiyaya təsiri 4.1 faiz təşkil edib.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.
“Tənizmlənən qiymətlər inflyasiyaya 0.6 faiz, möhkəmlənən nominal effektiv məzənnə ölkədə idxal inflyasiyasına 2.1 faiz azaldıcı təsir edib. İnflyasiya proqnozumuzun son üç ayda 5.8 faizdən 5.5 faizə düşməsinə səbəb əsasən kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalmasıdır”, – deyə AMB sədri bildirib.