Dövlət Xidməti "Baku Electronics" barəsində protokol tərtib edib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Baku Electronics" MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Bu barədə ENA.az Dövlət Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, şirkət satılmış keyfiyyətsiz malın (müqavilə şərtlərinə uyğun olmayan malın) qaytarılmasını təmin etməyib.