Azərbaycan pomidor ixracından 175 milyon dollar gəlir əldə edib
2024-cü ildə Azərbaycan 175,4 milyon ABŞ dolları dəyərində 145,6 min ton pomidor ixrac edib.
ENA.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 8,3 % və 3,6 % çoxdur.
"İl ərzində ölkəmizin ixrac etdiyi istixana məhsullarının sırasında pomidor üstünlük təşkil edib", - deyə məlumatda qeyd olunub.