"Yuventus" "Atletiko"ya məğlub oldu: Səhmləri ucuzlaşdı
İtaliyanın "Yuventus" klubunun səhmləri Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə İspaniya "Atletiko"suna məğlubiyyətdən sonra ucuzlaşıb.
"BI" xəbər verir ki, Turin təmsilçisinin səhmləri 10% azalıb.
- Eləcə də bax: Dünyanın məşhur futbolçuları Bakıya gəlir - SİYAHI
Fevralın 21-də səhər saatlarında səhmlər birjada 1.45 avroya satılıbsa, bu gün həmin vaxtlarda 1,29 avro olub.
Qeyd edək ki, qarşılaşma "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü martın 12-də olacaq. İtaliya təmsilçinin səhmləri Kriştianu Ronaldunun transferindən sonra bahalaşmışdı.