Metroda 300-ə yaxın işçi - İXTİSAR OLUNUB
Ötən il metro nəqliyyatı sahəsində çalışan işçilərin 5,7%-i, başqa sözlə, 279 nəfər ixtisar olunub.
"BI" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ildə metro nəqliyyatı sahəsində çalışanların sayı 4 874 nəfər olubsa, ötən il işçilərin sayı 4 595 nəfərə qədər azalıb.
Bununla belə, ötən il metro nəqliyyatı sahəsində çalışanların əmək haqları otra hesabla 10,7% artıb. Belə ki, 2017-ci ildə bu sahədə işləyənlərin orta aylıq məvacibi 654,5 manat olub. 2018-ci ildə isə metro nəqliyyatı sahəsində çalışanların orta aylıq əməkhaqqı 724,3 manata yüksəlib.
"Bakı Metropoliteni"ndən bildirilib ki, işçilərin sayının azalması aparılan islahatların nəticəsində optimal iş sisteminin qurulması ilə bağlıdır.