Sosial iqtisadiyyat

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib.

ENA.az xəbər verir ki, yeni təyin edilən müşavir Elvin Məmmədovdur.

Elvin Məmmədov 2022-ci ilin avqustundan indiyə kimi Cyberpoint şirkətində Maliyyə departamentinin rəhbəri, 2019-2022-ci illərdə isə “Yalama Agropark” MMC-də baş maliyyə inzibatçısı kimi çalışıb.

O, Azərbaycan Dövlət İqtisad Universitetində həm Beynəlxalq Biznes/Ticarət/Kommersiya üzrə bakalavr dərəcəsinə, həm də mühasibat və maliyyə üzrə isə magistr dərəcəsinə yiyələnib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)