Sosial iqtisadiyyat

İnformasiya sahəsində çalışanların orta aylıq əməkhaqqı - SİYAHI

Ötən il informasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı açıqlanıb.

"BI" xəbər verir ki, orta aylıq əməkhaqqı ən az olan nəşriyyat fəaliyyəti sahəsində çalışanlardır. Belə ki, 2018-ci ildə onların orta aylıq əməkhaqqı 393 manat olub.

Proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət sahəsində çalışan işçilərin isə orta aylıq əməkhaqqı 681 manat olub.

Bundan başqa, informasiya xidmətləri fəaliyyəti sahəsində çalışanların orta aylıq əməkhaqqı 829, kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət sahəsində çalışanların 852, rabitə sahəsində çalışanların 970manat, proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət sahəsində çalışanların orta aylıq əməkhaqqı isə 1197 manat olub

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)