Bank

Mərkəzi Bank valyuta ehtiyatlarından 404 milyon dollar satdı

Bu il dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 967,8 milyon ABŞ dolları təşkil edib.

Bu, noyabrın 1-i ilə müqayisədə 3,6 % azdır. Belə ki, noyabrın 1-nə AMB-nin valyuta ehtiyatları 11 milyard 371.7 milyon dollar təşkil edirdi. Yəni təkcə noyabr ayında Mırkəzi Bank ehtiyatlarından 403,9 milyon dollar satıb. 

Oktyabr ayında isə valyuta ehtiyatlarından 424 milyon dollar satılmışdı. 

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 5,6 % azalıb, son 1 ildə isə 3,3 % artıb.

Xatırladaq ki, AMB sədri Taleh Kazımov ötən mətbuat konfransında lazım gəldiyi təqdirdə valyuta ehtiyatlarından satılacağını açıqlamışdı. Onun sözlərinə görə, valyuta ehtiyatı əsas etibarilə dövlət xərcləri üzrə tələbin ödənilməsinə və digər məqsədlərə istifadə üçün satılır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)