Dünya birjalarında NEFTİN QİYMƏTİ (25.11.2024)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,72% azalaraq 1 barelə görə 74,1 ABŞ dolları təşkil edib.
ENA.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,74% azalaraq 1 barelə görə 70,71 ABŞ dolları olub.