Azərbaycanda bu il makaron istehsalı 20%-ə yaxın artıb
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 5 101.2 ton makaron məmulatları istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19% artımdır.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 18.1%, tütün məmulatlarının istehsalında 14.3%, qida məhsullarının istehsalında isə 8,7 faiz artım müşahidə
olub.
Bu sahələrin əsas məhsullarından viski, brendi istehsalı 2.9 dəfə, tütün istehsalı 2.9 dəfə, alkoqolsuz içkilərin istehsalı 10.8%, duru bitki yağlarının istehsalı isə 9.3% artıb.